Daxili sekresiya vəziləri | |
---|---|
| |
Latınca | Testis |
Yunanca | Orchis, didymis |
Qrey | subyekt 258 1236 |
Sistem | Endokrin |
Üzv | Kişi cinsiyyət |
Arteriya | Xaya arteriyası |
Vena | Tənəyəbənzər venoz kələf, xarici toxum venası. |
Sinir | Xaya kələfi. |
Limfa | Bel limfa düyünlərinə. |
Embrional | sinir və ağız ektoderması; ing. Rathke's pouch |
Dorlands/Elsevier | Testicle |
Vikianbarda əlaqəli mediafayllar |
Xaya və (lat. testis, yun. orchis, didymis) . Yastılaşmış ellipsoid şəklində olub xayalıqda yerləşmişdir. Forma və həcmcə qoz və ya göyərçin yumurtası ilə müqayisə etmək olar. Hər bir xayanın çıxıq bayır səthi — lat. facies lateralis basıq içəri səthi — lat. facies lateralis, sərbəst ön kənarı — lat. margo anterior, xaya artımı və toxum ciyəsi ilə örtülmüş dal kənarı — lat. margo posterior, yuxarı ucu — lat. exterimitas superior və aşağı ucu — lat. exterimitas inferior vardır. Uzunluğu təxminən 4,0–4,5 sm, rni 2,5–3,5 sm, qalınlığı 2–3 sm və çəkisi 20–30 q-dır. Ümumiyyətlə xayaları ölçüsü insanlarda müxtəlifdir. Hətta sağ xaya sol xayadan fərqlənir; sol xaya sağ xayadan bir az böyük olub, bir qədər ondan aşağıda yerləşir. xayanın vəziyyəti düz şaquli istiqamətdə olmayıb, yuxarı ucu önə və bayır tərəfə və aşağı ucu arxaya və içəri tərəfə çevrilmişdir, belə ki, dal kənarı bir az yuxarı və ön kənarı aşağı baxır. dal kənarına xaya artımı və toxum ciyəsi bitişmişdir, bunları xayadan ancaq süni surətdə ayırmaq mümkündür.